Keçid linkləri

2025, 25 İyun, çərşənbə, Bakı vaxtı 00:41

16-22 apreldə Azərbaycanda İmmunlaşdırma Həftəsi keçiriləcək


16-22 apreldə Azərbaycanda İmmunlaşdırma Həftəsi keçiriləcək. Bu barədə BMT-nin İctimai İnformasiya Departamenti məlumat yayıb.


2005-ci ilin oktyabrında Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosu və regionun bir sıra üzv dövlətləri birinci Avropa İmmunlaşdırma Həftəsini keçiriblər. Bu təşəbbüsün əsas məqsədi mövcud problemə diqqəti cəlb etmək və məlumatlandırma yolu ilə əhalinin peyvəndlə əhatə olunma səviyyəsini yüksəltməkdir.


Azərbaycan bu təşəbbüsə 2007-ci ildə qoşulub.


XS
SM
MD
LG