Azərbaycan Hüquq Müdafiə Təşkilatları Federasiyası Avropa Şurası Parlament Assambleyasına (AŞPA) müraciət edərək öhdəlikləri yerinə yetirmədiyinə görə, ölkəyə sanksiyalar tətbiq etməsini istəyir.
Müraciətdə bildirilir ki, Azərbaycan Avropa Şurası qarşısında götürdüyü 21 ölkədən yalnız 4-nü tam, 10-nu isə qismən yerinə yetirib.
Təşkilatın qənaətincə, insan hüquqlarını pozmuş hüquq-mühafizə orqanları əməkdaşları cəzalandırılmır. Federasiya təkcə ötən il polisdə və ədliyyə qurumlarında işgəncə nəticəsində 13 nəfərin öldüyünü bildirir.
Bundan başqa, müraciət müəllifləri məhkəmə islahatlarının aparılmadığını, siyasi məhbus probleminin həll olunmamış qaldığını, seçkilərin azad və ədalətli keçirilmədiyini, mətbuatın vəziyyətinin pisləşdiyini, fərqli düşünən siyasi qüvvələrin susdurulduğunu da sənəddə qeyd edirlər.
Azərbaycanın AŞPA qarşısında götürdüyü öhdəliklər bu il aprelin 16-da yeddinci dəfə müzakirə olunacaq.
Prezident İcra Aparatının şöbə müdiri Əli Həsənov isə deyir ki, Azərbaycan AŞ qarşısında götürdüyü öhdəliklərə «tam və layiqincə» əməl edib.