Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:13

Cavad xan haqqında filminin çəkilişləri başlayıb


Sabir Rüstəmxanlı deyir ki, ekran əsərinin adı hələ dəqiq məlum deyil
Sabir Rüstəmxanlı deyir ki, ekran əsərinin adı hələ dəqiq məlum deyil

Xalq yazıçısı Sabir Rüstəmxanlının «Ölüm zirvəsi» romanının motivləri əsasında Cavad xan haqqında filminin çəkilişləri başlayıb. Cənab Rüstəmxanlı deyir ki, artıq bir neçə gündür Gəncə ətrafında-Quru qobu və Qızılqaya deyilən ərazilərdə çəkilişlərə start verilib. «Filmin çəkilişlərinə qışda başlamağı planlaşdırırdıq. Maliyyə gec ayrıldığına görə, belə yubanma yaranıb».


Yazıçının fikrincə, iki saatdan artıq olacaq filmin ilk çəkilişləri uğurlu olub.


Rejissor Rövşən Almuradlıdır. Baş rollarda Nurəddin Mehdixanlı (Cavad xan), Ramiz Novruzov (Sisyanov) və digər tanınmış aktyorlar çıxış edirlər.


Sabir Rüstəmxanlı deyir ki, ekran əsərinin adı hələ dəqiq məlum deyil. «Amma çox güman ki, elə «Cavad xan» olacaq».


Əsərin çəkilməsi üçün əvvəlcə 800 min manat vəsait ayrılsa da bu yetərli olmayıb. Yazıçının prezidentə müraciətindən sonra əlavə vəsaitin ayrılacağı bildirilib. İki ay davam edəcək çəkilişlər Gəncə ilə yanaşı Şəki, Zaqatala, Balakən rayonlarında, həmçinin Bakıda aparılacaq.


Sonuncu Gəncə xanı Cavad xan Qacar 1804-cü ildə general Sisianovun başçılığı altında rus qoşunlarının şəhərə hücumlarına müqavimət göstərib və döyüşlərin birində həlak olub.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG