Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:39

Ermənistan Rusiyanı əriklə təchiz etmək istəyir


Ermənistan yayda Rusiyanı əriklə təchiz etmək istəyir. Amma nəqliyyat sektorunun inkişaf etməməsi buna mane olur. Bunu Rusiya Baş nazirinin birinci müavini Sergey İvanovla birgə mətbuat konfransında Ermənistanın Baş naziri Serj Sarkisyan bildirib.

O, deyib ki, hər iki ölkə bərə yoluyla avtomobil-konteyner daşımalarının təkmilləşdirilməsi üzərində çalışmalıdır. Çünki, elə yüklər var ki, dəmiryolu nəqliyyatı ilə daşımaq olmur.


«Biz yayın əvvəlində 10 min ton əriyin Rusiyaya daşımasını təmin etməliyik. Və bu problemin həllini tapacağıq», – Sarkisyan deyib.


«Novosti-Armeniya» Agentliyinin bildirdiyinə görə, Rusiya Baş nazirinin birinci müavini deyib ki, Rusiyaya erməni əriklərinin fasiləsiz tədarükünün təşkilini Ermənistan prezidenti ilə müzakirə edib.


«Biz ərik məhsulunun daşınmasının təmin olunmasının vacibliyini anlayırıq. Rusiya bazarında əriyə böyük tələbat var, onun böyük şöhrəti var. Və çox vacibdir ki, iyul ayında əriyin Rusiya ərazisinə fasiləsiz tədarükü təşkil olunsun», – deyə İvanov bildirib.


XS
SM
MD
LG