Aprelin 1-dən - Rusiyanın pərakəndə bazarlarında əcnəbilərin işləməsinə qoyulan qadağanın qüvvəyə minməsindən sonra bu ölkədə ticarət yerlərinin istifadəsinin azalması və orada satılan malların bəzilərinin qiymətinin artması müşahidə olunub.
Rusiyanın 19 regionunda 59 pərakəndə bazarı və Moskva bazarlarında vəziyyəti izləyən Federal Statistika Xidmətinin məlumatına əsasən, aprelin əvvəlində ticarət yerlərinin orta hesabla 68 faizi istifadə olunub. Bundan bir həftə əvvəl bu, 76 faiz idi.
Bundan başqa, martın 28-dən aprelin 4-dək olan dövr ərzində bazarlarda satılan malların qiymətində artım ilin əvvəlindən ən yüksək səviyyədə olub.