Mətbuatda qadın nazirin əcnəbi kişini necə qucaqladığını göstərən şəkilin dərc olunmasından sonra Pakistanının İslamabad şəhərindəki Qırmızı məscidinin mollası hökuməti onu istefaya göndərməyə çağırıb.
Söhbət turizm naziri Nilofer Bəxtiyardan gedir. Dərc olunan şəkildə o, paraşüt idmanı üzrə təlimatçısını qucaqlayır. Şəkil Fransada çəkilib, burada nazir Pakistanda 2005-ci ilin oktyabrında zəlzələ qurbanları üçün pultoplama kampaniyası çərçivəsində paraşütlə tullanıb.
Ekspertlər mollanın çağırışını prezident Pərviz Müşərrəfə meydan oxuma kimi qiymətləndirirlər.