Keçid linkləri

2025, 19 Fevral, çərşənbə, Bakı vaxtı 03:17

Türkiyə kürd separatçılarına qarşı hərbi əməliyyatlara başlayıb


Türkiyə ordusunun İraqın şimalında da əməliyyat keçirəcəyi istisna olunmur
Türkiyə ordusunun İraqın şimalında da əməliyyat keçirəcəyi istisna olunmur
Türkiyə ordusu kürd separatçılarına qarşı iri əməliyyat aparır.

«Azadlıq» radiosu müxbirinin İstanbuldan verdiyi xəbərə əsasən, Türkiyə ordusunun 13 minlik qruplaşması kürd yaraqlılarının bazalarının yerləşdiyi ölkənin cənub-şərqində, İraqın şimalı ilə sərhəddə əməliyyata başlayıb.


Hərbi əməliyyatlar zamanı 13 kürd yaraqlısı öldürülüb, beş türk hərbçisi həlak olub. Əməliyyatlarda xüsusi təyinatlılar, vertolyotlar və aviasiya iştirak edir.


Aprelin 9-da Türkiyə hakimiyyəti İraq hökumətinə terrora müqavimət üçün qəti addımların atılmasının zəruriliyi haqda nota verib.


Yerli kütləvi informasiya vasitələri Türkiyə ordusunun İraqın şimalında da əməliyyat keçirməsi ehtimalını istisna etmir.


XS
SM
MD
LG