Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:38

«Ola bilsin, Əhmədinejad yalan danışır»


Son məlumatlara əsasən, Tehran yalnız 300 sentrifuqa malik idi
Son məlumatlara əsasən, Tehran yalnız 300 sentrifuqa malik idi

Avropa Birliyi və BMT bir daha İranı öz nüvə proqramını dayandırmağa çağırıb. Bu çağırış İran prezidenti Mahmud Əhmədinejadın ölkəsinin zənginləşdirilmiş uranı sənaye miqyasında istehsal etməyə hazır olması barədə bəyanatına cavab olaraq səsləndirilib. Bu bəyanat Amerika ekspertlərini də təəccübləndirib. Onlar gəzləmirdilər ki, İran qısa zamanda silah uranının istehsalı üçün kifayət edən üç min sentrifuqanı istismara verə biləcək. Son məlumatlara əsasən, Tehran yalnız 300 sentrifuqa malik idi.


Ağ Ev və Dövlət Departamentinin nümayəndələri bu xəbərə nisbətən təmkinlə reaksiya veriblər. Bildiriblər ki, Tehran beynəlxalq ictimaiyyətə meydan oxumaqla özünü daha da təcrid edəcək.


ABŞ-ın Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin əməkdaşı Con Vulfstol İranın nüvə dövlətləri klubunda yer almaq iddiasını əsassız hesab edir:


-Biz iranlıların bu cür bəyanatlarına ehtiyatla yanaşmalıyıq. Bizdə heç bir real dəlil yoxdur ki, onlar sentrifuqaların miqyaslı sistemini yaratmağa müvəffəq olublar, ya da onu uzun müddət istismar etmək iqtidarındadırlar-bunun üçün bilik və təcrübə lazımdır. Amma onlar həqiqətən də uranın sənaye üsulu ilə zənginləşdirilməsinə başlaya biliblərsə, onda nüvə silahı Tehranın əlinə əvvəllər düşünüldüyü kimi 5-10 ildən sonra yox, xeyli əvvəl düşə bilər.


-Bu məlumatlar təsdiqlənərsə, Birləşmiş Ştatlardan nə gözləmək olar?


-Məncə, ABŞ İrana diplomatik və iqtisadi təzyiq strategiyasına meyl edir. Bu siyasətin mahiyyəti budur ki, İran rəhbərliyi və iranlılara nüvə silahının ölkə üçün çox ağır və lazımsız yük olacağını sübut etsinlər. Əgər Tehran həqiqətən də, uranın zənginləşdirilməsinin yeni mərhələsinə keçməyə müvəffəq olubsa, onda Vaşinqton bu cür səylərini üç qat artırmalı olacaq. Amma istisna deyil ki, Əhmədinejad yalan danışır. Çünki, onun ölkə daxilində populyarlığı azalır... Başqa sözlə, İran prezidentinin son fikirləri və Britaniya dənizçilərinin tutulması epizodu da ola bilsin, onun kütlənin vətənpərvərlik hissi ilə oynamaq cəhdindən başqa bir şey deyil.


-Bəs siz Rusiyanın mövqeyini necə qiymətləndirirsiniz?


-İrana münasibətdə Rusiyanın siyasəti dəyişikliklərə uğrayır, məncə, Rusiyanın səbri tükənir. Moskva şübhəsiz, Tehranla, strateji və iqtisadi tərəfdaş hesab etdiyi bir ölkəylə münasibətdə körpüləri yandırmaq istəmir. Amma təxmin etmək olar ki, Tehranın bu cür davranışı Moskvada qıcıq yaradır və ruslar artıq dərk etməlidirlər ki, buna bənzər tərəfdaşlıq onları pis qələmə verir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG