Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:26

Kilsədə yanğın olub



Aprelin 10-u Bakının Fəhlə prospektindəki Müqəddəs Məryəm katolik kilsəsində yanğın baş verib. Həmin kilsənin rəhbəri Yan Çaplanın «Azadlıq» radiosuna bildirdiyinə görə, yanğın nəticəsində kilsəyə böyük ziyan dəyməyib: «Kimlərsə pəncərəni sındırıb, kilsəyə daxil olublar. Yandırıcı maddə atıblar. Ancaq kilsəyə böyük ziyan dəyməyib».


Yan Çapla bununla belə, bildirib ki, yanğından sonra kilsənin içərisini yenidən təmir etmək zərurəti yaranıb.


Yeni inşa edilən Müqəddəs Məryəm kilsəsi aprelin 29-da istifadəyə verilməliydi.


Yanğından sonra hadisə yerinə Polşanın Azərbaycandakı səfiri və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbəri Hidayət Orucov da baş çəkib.


Faktla bağlı cinayət işi açılıb. Ancaq hüquq-mühafizə orqanları bununla bağlı hər hansı açıqlama vermirlər.


XS
SM
MD
LG