Aprelin 11-də siyasi məhbus problemi üzrə yaradılan işçi qrupun toplantısı keçirilməsi gözlənilir. Bunu «Azadlıq» radiosuna hüquq müdafiəçisi Çingiz Qənizadə deyib. Çingiz Qənazadənin sözlərinə görə, bu yöndə təşəbbüs hakimiyyət orqanlarından gəlib. Onlar bu toplantıda siyasi məhbusların sayı ilə bağlı dəqiqləşdirmələr aparılacağını istisna etmirlər.
Ona yaxın Qeyri Hökumət Təşkilatının birləşdiyi Monitorinq Qrupunun siyahısına görə, Azərbaycanda hələ də 50-yə yaxın siyasi məhbus var. Çingiz Qənizadə deyir ki, Avropa Şurasının sessiyası ərəfəsində Azərbaycanda siyasi məhbusların sayı ilə bağlı dəqiqləşdirilmə aparılmasına ehtiyac var.