Bir metrlik konserv heykəlinin üstündə belə yazılıb – «Beynəlxalq ictimaiyyətə abidə. Sarayevo sakinlərindən minnətdarlıq hissi ilə».
Heykəltəraşların məqsədi 1992-95-ci illərdə Bosniyaya yardım edən beynəlxalq donor təşkilatlarını ələ salmaqdır.
Sarayevolılar deyirlər ki, beynəlxalq ictimaiyyət 90-cı illər müharibəsində silah embarqosu qoyaraq, onların özlərini müdafiə etməsinə imkan verməyib, bunun əvəzində onlara vaxtı keçmiş konservlər göndərib.