Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:08

«Sağlamlığa qoyulan sərmayə, sağlam gələcəyə qoyulan sərmayədir»


«Səhiyyə və təhlükəsizlik sahəsində artan mürəkkəb problemlər bütün maraqlı tərəflərin – milli, regional və qlobal səviyyədə bir araya gəlməsini zəruri edir».


BMT-nin Azərbaycandakı ictimai departamentinin rəhbəri Envera Selimoviç Ümumdünya Sağlamlıq Günü ərəfəsində «Sağlamlığa qoyulan sərmayə, sağlam gələcəyə qoyulan sərmayədir» mövzusunda keçirilən dəyirmi masada belə deyib.


O, bildirib ki, xəstəliklərin yayılması, təbii fəlakətlər, ətraf mühitdə dəyişikliklər, bioloji terrorizm, kimyəvi və ya radioaktiv qəzalar nəticəsində meydana çıxan gözlənilməz və fövqəladə hallar, təcili və birgə tədbirlər görülməsini tələb edir.


Ümumdünya Sağlamlıq Günü 1950-ci ildən qeyd olunur.


XS
SM
MD
LG