Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:35

Yaşıl Teatrın açılışı mayın 10-da olacaq


Yenidən bərpa edildikdən sonra teatrda yerlərin sayı 2500-ə çatdırılıb
Yenidən bərpa edildikdən sonra teatrda yerlərin sayı 2500-ə çatdırılıb

Yaşıl Teatrın açılışı mayın 10-da olacaq. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov deyir ki, aprel ayının sonuna kimi teatrda tikinti-quraşdırma işləri başa çatacaq. Mədəniyyət mərkəzinə yeni işıq sistemlərinin quraşdırılması məqsədi ilə aprelin 15-nə kimi ABŞ və Almaniyadan mütəxəssislər gələcək. Yeni oturacaqlar isə İspaniyadan alınıb. Bakı meri bildirir ki, əvvəl oturacaqların sayı 1600 idisə, yenidənqurma işlərindən sonra yerlərin sayı 2500-ə çatdırılıb.


Yaşıl Teatrın yenidən qurulmasıyla bağlı prezident İlham Əliyev 2005-ci ilin avqustunda sərəncam verib. Bakının ən iri mədəniyyət mərkəzlərindən olan Yaşıl Teatr ötən əsrin 60-cı illərindən fəaliyyətə başlayıb. Burda dünyanın və SSRİ-nin ən məşhur estrada qruplarının çıxışları olub. Baxımsızlıq üzündən teatrın fəaliyyəti 1990-cı illərdən dayanıb.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG