Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:25

ATƏT sərbəst toplaşma ilə bağlı monitorinqə başlayacaq


ATƏT-in sərbəst toplaşmaq hüququ ilə bağlı monitorinqi Bakı ilə yanaşı bölgələrdə də aparılacaq
ATƏT-in sərbəst toplaşmaq hüququ ilə bağlı monitorinqi Bakı ilə yanaşı bölgələrdə də aparılacaq

ATƏT-in Bakı ofisi aprelin sonlarından Azərbaycanda sərbəst toplaşmaq hüququnun təmin olunması və bu zaman polisin rəftarı ilə bağlı monitorinqə başlayacaq. Monitorinq paytaxtdan başqa, bölgələrdə də aparılacaq. Bu haqda ATƏT-in Bakı ofisinin siyasi məsələlər və mətbuat üzrə müşaviri Ülvi Axundlu «Azadlıq» radiosuna məlumat verib. Onun sözlərinə görə, məqsəd kütləvi aksiyalar zamanı baş verən qanun pozuntularının aradan qaldırılması yönündə vətəndaş cəmiyyətinin mövqeyini öyrənməkdir.


Ülvi Axundlu deyir ki, sərbəst toplaşmaq azadlığının təmin olunması ofisin həmişə diqqətində olub və bu məqsədlə xüsusi proqram hazırlanıb.


Həmin proqrama uyğun olaraq martın 31-dən aprelin 5-dək Daxili Qoşunların komandanı Zakir Həsənovun başçılıq etdiyi bir qrup polis əməkdaşları Almaniyada olub. Cənab Axundlu deyir ki, Azərbaycan polisi Almaniyada sağ və solçu ekstremist qüvvələrin eyni vaxtda, eyni yerdə keçirdiyi mitinqdə polisin davranışı və onların aksiyaçıların təhlükəsizliyini necə təmin etməsini müşahidə ediblər.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG