Keçid linkləri

2025, 18 Mart, çərşənbə axşamı, Bakı vaxtı 23:21

Prokuror Əli İnsanova 12 il iş istədi


Əli İnsanovun məhkəməsi müdafiə tərəfinin çıxışları ilə davam edəcək
Əli İnsanovun məhkəməsi müdafiə tərəfinin çıxışları ilə davam edəcək

Aprelin 5-də keçirilən məhkəmə prosesində prokuror sabiq Səhiyyə naziri Əli İnsanovun əmlakı, həmçinin evində tapıldığı iddia edilən qızıl əşyalar və avtomobili müsadirə olunmaqla 12 il azadlıqdan məhrum edilməsini istədi. İttihamda Səhiyyə Nazirliyinin idarə rəisi Akif Məhərrəmovun da 10 il müddətində azadlıqdan məhrum edilməsi istəyi öz əksini tapıb. Prokuror 4 nəfərin 8 il, o cümlədən nazirliyin idarə rəisi Aleksandr Umyaşkinin 4 il azadlıqdan məhrum edilməsini, 4 nəfərin isə 4 ildən 5 ilə kimi şərti cəzaya layiq görülməsini məqsədəuyğun hesab etdiyini bildirdi.


Günortadan sonra müdafiə tərəfinin çıxışları ilə proses davam edəcək.


Əli İnsanov dövlət çevrilişinə cəhd ittihamıyla 2005-ci ilin oktyabrında həbs edilib. Amma sonradan bu ittiham başqa icraatda birləşdirilərək, cinayət işindən ayrılıb və ona bir qrup səhiyyə işçisilə əlbir olaraq dövlət əmlakını mənimsəmə, rüşvət alma və s. ittihamlar irəli sürülüb. 2007-ci il fevralın 15-dən Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə sabiq Səhiyyə naziri və daha 10 nəfərin məhkəməsi başlayıb. Əli İnsanov özünü siyasi məhbus hesab edir.


XS
SM
MD
LG