Moskva Şəhər Duması paytaxtda mitinqlərin keçirilməsi zamanı bir kvadrat metrə iki nəfərdən çox adamın toplaşmasını qadağan edib.
Bu qaydanı Moskva meri Yuri Lujkovun şəhərdə ictimai aksiyaların keçirilməsi haqqında qanuna etdiyi dəyişikliklər nəzərdə tutur. Aprelin 4-də deputatlar bu qaydanı sonuncu oxunuşda qəbul ediblər.
Qanunvericilər hesab edirlər ki, məhdudiyyət toplaşanların təhlükəsizliyini təmin edəcək.