ABŞ raket əleyhinə müdafiə sahəsində Rusiya ilə əməkdaşlıq etmək istəyir. Bunu Pentaqonda Müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Erik Edelman bildirib.
O, deyib ki, Pentaqon və ABŞ Dövlət Departamenti raket əleyhinə müdafiəyə, o cümlədən Polşada 10 raketin və Çexiyada radarın yerləşdirilməsinə dair Rusiyayla intensiv məsləhətləşmələrə hazırlaşır.
Eyni zamanda, nazir mavini qeyd edib ki, hətta bu məsələdə hər iki tərəf üçün məqbul mövqe işlənib hazırlanmasa belə, ABŞ raket əleyhinə müdafiə sahəsində öz planlarından imtina etməyəcək.