Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:19

Əli İnsanovun işi üzrə məhkəmə istintaqı başa çatdı


Sabiq səhiyyə naziri Əli İnsanovun işi üzrə məhkəmə istintaqı aprelin 2-də başa çatıb. Prosesə sədrlik edən hakim Faiq Qasımov dövlət ittihamçısı Kamran Əliyevə ittiham aktı ilə çıxış etmək üçün bir gün vaxt verib.


Sabiq səhiyyə naziri dövlət ittihamçısına çıxışa hazırlamaq üçün vaxt lazım olmadığını, 75 səhifəlik sənədin ona hazır göndəriləcəyini deyib və bu məhkəmə prosesini Stalin dövrünün məhkəmələri ilə müqayisə edib, hakimi qərəzli və ədalətsiz olmaqda günahlandırıb.


Vəkil Toğrul Babayevsə hakimin onları aldatdığını, müdafiə tərəfinin təklif etdiyi şahidlərin və istintaqa rəhbərlik etmiş Eldar Əhmədovun məhkəmədə çıxışına imkan verilmədiyinə etiraz edib.


Məhkəmə aprelin 5-də dövlət ittihamçısının çıxışı ilə davam edəcək. Bundan sonra vəkillərin və ittiham olunan şəxsin çıxışı olacaq.


2005-ci ilin oktyabrında həbs edilən sabiq səhiyyə naziri Əli İnsanov və nazirliyin yüksək vəzifəli 10 əməkdaşı dövlət əmlakını mənimsəməkdə ittiham olunurlar.


XS
SM
MD
LG