Keçid linkləri

2025, 27 Aprel, bazar, Bakı vaxtı 18:31

«Sağlamlığa qarşı yönələn təhlükələr sərhəd tanımır»


«Sağlamlığa qarşı yönələn təhlükələr sərhəd tanımır». Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Marqaret Çanın 7 aprel Ümumdünya Sağlamlıq Günü münasibətilə müraciətində belə deyilir: «Qlobal ticarət və səfərlərin geniş vüsət aldığı bir dövrdə yeni və mövcud xəstəliklər milli sərhədləri aşaraq bizim kollektiv təhlükəsizliyimizi qorxu altına ala bilər». Cənab Çan hesab edir ki, yalnız inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında güclü əməkdaşlıq yolu ilə, səhiyyə sistemlərinin və nəzarət mexanizmlərinin gücləndirilməsinə diqqət yetirməklə onların yayılmasının qarşısı alına bilər.


BMT Baş katibi Ban Ki-Mun isə bildirir ki, xəstəliklərin yayılması, təbii fəlakətlər, ətraf mühitdə baş verən dəyişikliklər, bioloji terrorizm və ya kimyəvi maddələrin sızması – bunların hər biri bütün dünya ölkələrinin əhalisi, cəmiyyəti və iqtisadiyyatına ciddi təsir göstərə bilər. «Bu cür təhlükələr yeni problemlər yaratmaqla yanaşı, təcili və birgə cavab tədbirlərinin görülməsini tələb edir»,- deyə cənab Ki-Mun müraciətində vurğulayır.


XS
SM
MD
LG