Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:00

«Azərbaycan yığması erməni bayrağı altında oynayan deyil»


«Biz nə Ermənistan yığmasını Azərbaycanda qarşılamaq niyyətindəyik, nə də Azərbaycan yığması Ermənistana gedib onların bayrağı altında oynayan və ya himnini oxuyan deyil». Bu sözləri Gənclər və İdman naziri Azad Rəhimov «Azadlıq» radiosunun Azərbaycan və Ermənistan futbol yığmalarının sentyabrdakı qarşılaşmasının harada keçiriləcəyi ilə bağlı sualını cavablandırarkən deyib. Nazirin sözlərinə görə, Azərbaycanın məsələyə mövqeyi dəyişməzdir: «Oyunlar neytral zonada keçirilməlidir».


UEFA aprelin 12-də Azərbaycan və Ermənistan yığmalarının qarşılaşmasının harada keçirilməsini müzakirə etməlidir.


Azad Rəhimov deyir ki, bu qurumun nizamnaməsinə görə, oyunlara iki ay qalmışadək qərar verilməlidir və son möhlət iyulda bitir.


Avropa Çempionatı-2008-in final mərhələsinə çıxmaq uğrunda mübarizə aparan Ermənistan və Azərbaycan futbol yığmaları eyni-A qrupuna düşüb. Bu iki yığmanın qarşılaşması bu ilin sentyabr ayında baş tutmalıdı.


XS
SM
MD
LG