Keçid linkləri

2025, 17 Fevral, Bazar ertəsi, Bakı vaxtı 17:13

«Gənclər şəhərciyi tikilməyəcək»


Rəhimov bildirir ki, bir şəhərciklə gənc ailələrin problemini həll etmək mümkün olmayacaq
Rəhimov bildirir ki, bir şəhərciklə gənc ailələrin problemini həll etmək mümkün olmayacaq

Gənclər və İdman Nazirliyinin gənc ailələr üçün şəhərciyin salınması ilə bağlı təklifi reallaşa bilmir. Bu haqda Gənclər və İdman naziri Azad Rəhimov aprelin 3-də jurnalistlərlə söhbətində bildirib. Onun sözlərinə görə, nazirlik gənc ailələrə orta bazar qiymətindən aşağı qiymətlər təklif etməyi planlaşdırsa da, tikinti şirkətləri bununla razılaşmayıblar: «Akkord» tikinti şirkəti təklif edir ki, onlara müəyyən faiz verək. Amma hesabladıq ki, bu rəqəm növbədə duran ailələrin 0,1 faizinin belə tələbatını ödəyə bilməyəcək».


Cənab Rəhimov bildirir ki, ilkin hesablamalara görə, 60 min ailə ev almaq niyyətindədir və əslində, bir şəhərciklə gənc ailələrin problemini həll etmək mümkün olmayacaq. Nazirə görə, bu məsələyə gələcəkdə – büdcənin imkanları artandan sonra qayıtmaq olar. Hələliksə gənc ailələr güzəştli ipoteka kreditindən yararlana bilərlər.


Gənclər şəhərciyinin salınması üçün Bakı yaxınlığında – Hövsan qəsəbəsində ərazi ayrılmış və nazirlik tender elan etmişdi.


XS
SM
MD
LG