Kopenhagen Universitetinin alimləri qanın qrupunu dəyişmək texnologiyasının yaradıldığını bildiriblər.
Henrik Klauzen başda olmaqla universitetin bir qrup alimi donor qanının qıtlığı ilə effektiv mübarizə üsulunu tapmağa müvəffəq olublar. Müxtəlif bakteriya və göbələklərin üç minədək cövhərini təhlil edən tədqiqatçılar II, III və IV qrup qanını «universal» I qrup qanına çevirə bilən iki ferment tapıblar.
Stokholmdakı Karolin İnstitutundan hematologiya professoru Per Lyunqman deyir ki, bu kəşf təsadüfi yanlış qrupun yanlış qanının köçürülməsindən yaxa qurtarmağa kömək edəcək.
Yeni texnologiya üzrə qanın emalı qurğusunu yaradan «ZymeQuest» şirkəti artıq klinik sınaqlara başlayıb. Metodun təhlükəsizliyi təsdiq olunarsa, «universal» qan dünya bazarında 2011-ci ildə peyda ola bilər.