Keçid linkləri

2025, 21 İyun, şənbə, Bakı vaxtı 05:30

«Marşrutun partladılmasında kamikadzenin rolu yoxdur»


«Ucardan Bakıya gələn marşrutun partladılmasında kamikadzenin rolu yoxdur». Bunu «Azadlıq» radiosuna Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin əməkdaşı Ehsan Zahidov deyib. Bəzi yerli mətbuat orqanlarında hadisənin kamikadze tərəfindən törədildiyi deyilir. Cənab Zahidov hadisənin bir nəfərin əlində qumbaranın partlaması nəticəsində baş verdiyini bildirir: «Qumbara çantada olub, ehtiyatsız davranma nəticəsində ani partlayış baş verib».


Aprelin 1-də Ucardan Bakıya gələn marşrut taksisinin Bakı-Astara yolunun 36-cı kilometrliyində partlaması nəticəsində bir nəfər həlak olub, bir neçə nəfərsə xəsarət alıb. Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində istintaq aparılır.


XS
SM
MD
LG