Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 17:22

İraqda mart ayında həlak olanların sayı 13 faiz artıb


İraqda ötən ay ərzində partlayış və hücum qurbanlarının sayı azı 13 faiz artıb. Bu haqda Qərb informasiya agentlikləri xəbər verir.


Mart ayı ərzində ölkədə 1900-dək sakin həlak olub. Ən çətin vəziyyət Bağdad və onun ətrafında yaranıb. Burada ay yarım əvvəl təhlükəsizliyin möhkəmləndirilməsi üçün miqyaslı əməliyyat başlanıb.


Amerika komandanlığının məlumatına əsasən, Bağdadın şiə rayonu – Sədr-sitidə martın 31-də yaraqlılara qarşı əməliyyat davam edib. Tərəflərin itkiləri barədə dəqiq məlumat yoxdur.


XS
SM
MD
LG