Rusiyada aprelin 1-dən əcnəbilərin artıq bazarlarda və kiçik ticarət obyektlərində alver etmək hüququ yoxdur.
Qanunda istisna yalnız müəssisələrini rəsmən qeydiyyatdan keçirənlərə edilir.
Rusiyanın ITAR-TASS agentliyinin məlumatına əsasən, hazırkı qayda ilin sonuna qədər davam edəcək, sonradan isə dəyişdirilə bilər.
Yanvarın ortalarından əcnəbilərin dərman və alkoqollu içkilər satması qadağan olunmuşdu. Əcnəbi satıcıların sayı bazarlarda 40 faizə endirilmişdi.