Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:26

Yapon musiqiçiləri ən uzun konsert veriblər


Yapon musiqiçiləri martın 30-da dünya rekordu vurublar – onlar gecə-gündüz 184 saat çalaraq ən uzun konsert veriblər.


Musiqiçilərin proqramı olduqca geniş olub, Bethovendən başlayaraq, «Bitlz»a qədər.


6-99 yaşında olan 900-dən çox musiqiçi bu marafonda növbə ilə çıxış edib, 9 gün bir-birinin ardınca çalıblar. Nömrələr arasında fasilə beş dəqiqəni ötməyib.


Əvvəlki ən uzun konsert rekordu beş il əvvəl Kanadada qeydə alınıb. O, 182 saat davam etmişdi.


XS
SM
MD
LG