Rusiyaya təhvil verilən keçmiş Quantanamo dustaqları sonradan döyülüblər və ələ salınıblar deyə «Hyuman Rayts Votç» beynəlxalq insan haqları təşkilatı məlumat verir.
2002-ci ildə Əfqanıstanda yeddi Rusiya vətəndaşı tutulub və iki il Quantanamodakı Amerika hərbi bazasında saxlanıblar.
Rusiyaya verildikdən sonra onların taleyi barədə «Hyuman Rayts Votç»un məruzəsi hüquq müdafiəçilərinin keçmiş dustaqlar, onların ailə üzvləri və vəkillərindən aldıqları məlumatlara əsaslanır.