Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:13

Azərbaycan yeni döyüş təyyarələrinin nümayiş uçuşunu keçirib


«MİQ-29»ların NATO-nun arsenalında olan «F-16» və «Tornado»lardan daha üstün olduğu bildirilir
«MİQ-29»ların NATO-nun arsenalında olan «F-16» və «Tornado»lardan daha üstün olduğu bildirilir

Martın 29-da Silahlı Qüvvələr tarixində ilk dəfə olaraq Azərbaycan aldığı hərbi texnikanın təqdimatını keçirib. ANS xəbər verir ki, Hərbi Hava Qüvvələrinin H.Z.Tağıyev qəsəbəsində yerləşən bazasında «MİQ-29» markalı döyüş təyyarələri, o cümlədən HHQ-nin zərbə vertolyotlarının nümayiş uçuşu keçirilib. Azərbaycanın hava sərhədlərini qorumaq və hava döyüşündə tam üstünlüyü ələ almaq məqsədi ilə Azərbaycan Ukrayna istehsalı olan 4-cü nəsil «MİQ-29» təyyarələrini alıb.


Unikal manevr və silah arsenalına malik bu qırıcılar hava döyüşündə, Ermənistanda olan «MİQ-23» və ilkin variant «MİQ-29» təyyarələrindən, eləcə də əksər göstəricilərinə görə, NATO-nun arsenalında olan «F-16» və «Tornado»lardan daha üstündür.


Bu təyyarələrin maksimal sürəti 2400 kilometr saatdadır. Təyyarə maksimum 18 min kilometr yüksəkliyə qalxmaq və 2100 kilometr məsafəni qət edə bilir. Təyyarələr UR-60 və R-27 tipli raketlərlə təchiz edilib. MİQ-29 230-240 kilometrdən hava hədəflərini məhv etmək qabiliyyətinə malikdir.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG