Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:32

Corc Buş və Vladimir Putin Raket Əleyhinə Müdafiə Sistemi problemini müzakirə ediblər


Rusiya və ABŞ prezidentləri - Vladimir Putin və Corc Buş telefonla Avropada Amerikanın Raket Əleyhinə Müdafiə Sisteminin yerləşdirilməsi planlarını müzakirə ediblər.


Corc Buş deyib ki, ABŞ bu problemlə bağlı Rusiya tərəfi ilə hərtərəfli dialoqa hazırdır.


Martın 28-də Çexiya hökuməti ABŞ-ın Raket Əleyhinə Müdafiə Sisteminin elementlərinin öz ərazisində yerləşdirilməsiylə bağlı Vaşinqtonla rəsmi danışıqlara başlamaq haqda qərar qəbul edib.


Corc Buş və Vladimir Putin həmçinin İranın nüvə proqramı ətrafındakı vəziyyəti və Kosovo problemini də müzakirə ediblər.


Telefon söhbəti Amerika prezidentinin təşəbbüsü ilə olub.


XS
SM
MD
LG