Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 11:03

Əli Həsənov: «Bu cür düşünənlər YAP sıralarında ola bilməz»


«Bu tipli çıxışların heç bir əsası yoxdur»
«Bu tipli çıxışların heç bir əsası yoxdur»
Prezident Aparatı İctimai-Siyasi Şöbənin müdiri Əli Həsənov hakim YAP sıralarından kənarlaşdırılmış Sirus Təbrizlinin prezidentə düzgün məlumatlar çatdırılmaması barədə fikirlərinin əsassız olduğunu deyir. O, bildirir ki, ölkədə gedən proseslər haqqında prezidentin tam dəqiq və dolğun məlumatı var: «Bu tipli çıxışların heç bir əsası yoxdur. Bunlar sadəcə, ayrı-ayrı adamların fantaziyasının və münasibətinin nəticəsidir. Ölkədəki vəziyyət heç də Sirus Təbrizlinin dediyi kimi, deyil. Azərbaycanda gedən işlərin nəticələri hamıya bəllidir».

Cənab Həsənov deyir ki, ölkədəki sosial-iqtisadi vəziyyətin ağırlığı barədə Sirus Təbrizlinin tənqidlərinin də heç bir əsası yoxdur. Və bu cür düşünənlər YAP sıralarında ola bilməz.


Martın 27-də YAP sədrinin müavini Sirus Təbrizli partiya sıralarından kənarlaşdırılıb. Partiyanın Siyasi Şurası cənab Təbrizlinin təşkilatın nizamnaməsinə zidd hərəkətlər etdiyini bildirib. Sirus Təbrizli isə deyir ki, YAP Siyasi Şurasının bu qərarı onun partiyanı və hakimiyyətdə təmsil olunan bəzi şəxsləri tənqid etməsi ilə bağlıdır.


XS
SM
MD
LG