Keçid linkləri

2025, 18 İyun, çərşənbə, Bakı vaxtı 13:28

Azərbaycan 2010-cu ilədək neft istehsalını iki dəfə artıracaq


Neftin böyük hissəsi «Azəri-Çıraq-Günəşli» yataqlarından çıxarılacaq
Neftin böyük hissəsi «Azəri-Çıraq-Günəşli» yataqlarından çıxarılacaq

Azərbaycan 2010-cu ilədək neft istehsalını iki dəfə artıracaq. Bunu martın 28-də keçirdiyi mətbuat konfransında Sənaye və Energetika naziri Natiq Əliyev deyib. Onun sözlərinə görə, ötən il ölkədə 32.3 milyon ton xam neft istehsal olunub. 2010-cu ildə bu 65 milyon tona çatdırılacaq.


Natiq Əliyev deyib ki, bu neftin böyük hissəsi «Azəri-Çıraq-Günəşli» yataqlarından çıxarılacaq.


O, həmçinin 2010-cu ildə bu yataqlardan 30 milyard kub metr qaz çıxarılacağını da bildirib.


XS
SM
MD
LG