Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:26

Naxçıvanda dəmir dövrünə aid bu vaxta kimi tədqiq olunmayan qala qalıqları aşkar edilib


Naxçıvan alimləri Kəngərli rayon Çalxanqala kəndi yaxınlığında apardıqları arxeoloji araşdırmalar zamanı qədim dövrə aid qala qalıqları aşkar ediblər. Yerləşdiyi ərazinin xüsusiyyətinə görə «Qırmızıdaş Qala» adlandırılan bu abidə indiyədək elm aləminə məlum olmadığına görə tədqiq edilməyib. Mütəxəssislər qalanın dəmir dövrünə-eramızdan əvvəl 7-6-cı əsrlərə aid olduğunu güman edirlər.


Alimlərin fikrincə, Naxçıvan ərazisi strateji cəhətdən qədim Şərq dövlətlərinin o cümlədən Azərbaycanda meydana gələn dövlətlərin yaranmasında mühüm mövqeyə malik olub. Yaxın Şərqin ən böyük və qədim dövlətlərindən olan Midyanın yarandığı və formalaşdığı dövrə məxsus «Qırmızıdaş Qala» Azərbaycan tarixinin öyrənilməsi üçün əhəmiyyətlidir.


Alimlərin qənaətinə görə, geniş miqyasda arxeoloji tədqiqatların aparılacağı təqdirdə buradakı mədəni təbəqədən dəmir dövrünün son mərhələsinin öyrənilməsi üçün qiymətli materiallar aşkar edilə bilər.


XS
SM
MD
LG