Ukraynanın Baş naziri Viktor Yanukoviç bir daha bəyan edib ki, onun ölkəsi NATO-ya üzvlüyə hazır deyil.
Avropa Komissiyasının sədri Joze Manuel Barrozu ilə danışıqlardan sonra Brüsseldə çıxış edən Yanukoviç deyib ki, Ukraynanın Şimali Atlantik Blokuna qoşulması haqqında son qərar referendumla qəbul olunmalıdır.
Barrozu isə öz növbəsində, qarşılıqlı ticarətin liberallaşdırılması və enerji sahəsində əməkdaşlığın möhkəmləndirilməsi haqqında Avropa Birliyi ilə Kiyev arasında yeni sazişin imzalanmasının zəruriliyini bildirib.