Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:03

Moskvada «Yerevan Plaza» Ticarət Mərkəzi açılıb


Martın 24-də Moskvada «Yerevan Plaza» ticarət əyləncə mərkəzi istifadəyə verilib. Açılış mərasimində Moskva meri Yuri Lujkov və Yerevanın meri Ervand Zaxaryan iştirak ediblər. «Çox maraqlı təsadüfdür ki, bir il və dörd ay əvvəl biz həm Yerevanda gələcək «Moskva Evi»nin, həm də bu ticarət mərkəzinin bünövrəsini qoymuşuq»-deyə Lujkov bildirib.


Ticarət Mərkəzi metronun «Tulskaya» stansiyasının yaxınlığında yerləşir. Mərkəzin ümumi sahəsi 37.2 min kvadrat metrdir, onun da 13.2 min kvadrat metrini ticarət köşkləri tutur. Kompleksə 214 avtomobil üçün yeraltı və 237 avtomobil üçün küçə dayanacaqları da nəzərdə tutulub. Ərazidə yeddi zallıq kinoteatr da yerləşir.


«Yerevan Plaza»da Rusiya, Ermənistan, həmçinin xarici istehsalçıların məhsulları təqdim olunur. Mərkəzin birinci mərtəbəsində ixtisaslaşdırılmış mağazada müxtəlif çeşiddə çaxır, konyak, cem və başqa Ermənistan istehsalı olan məhsullar satılır.


XS
SM
MD
LG