Bler İran hakimiyyətini xəbərdar edib ki, dənizçilərin taleyi London üçün «prinsipial əhəmiyyət daşıyır». O bir daha təkrar edib ki, onlar İraqın ərazi sularında saxlanıblar.
İran hökuməti Britaniya diplomatlarına əsir dənizçilərlə görüşməyə icazə verməyib. Böyük Britaniyanın Tehrandakı səfirinə bildirilib ki, dənizçiləri İraq yox, İran sularında tutublar. Onlar istintaq başa çatana qədər həbsdə qalacaqlar.
İran komandanlığının nümayəndəsi bildirir ki, guya dənizçilər artıq «İrana qarşı təcavüz» etdiklərini boynuna alıblar.
Britaniya dənizçilərini martın 23-də Fars körfəzində İranın İnqilabi Qvardiyası saxlayıb.