Gözlənilir ki, martın 24-də BMT Təhlükəsizlik Şurası İrana qarşı yeni sanksiyaları səsə qoyacaq. Nüvə proqramını dayandırmadığına görə İrana qarşı daha sərt sanksiyaları nəzərdə tutan qətnamə layihəsi hazırlanıb. Səsvermə Bakı vaxtı ilə gecə 11-ə planlaşdırılıb.
İran prezidenti Mahmud Əhmədinejad isə səsvermədən qabaq Nyu-Yorka səfərini təxirə salıb. Burada o, BMT Təhlükəsizlik Şurasının iclasında çıxış etməliydi.
İran deyir ki, nümayəndə heyətinə bu səfər üçün vaxtında viza verilməyib, Birləşmiş Ştatlar bu iddiaları rədd edib.