Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:51

Təhlükəsizlik kəməri sürücünü xilas edib


Martın 22-də Ordubad-Naxçıvan magistral yolunun 22-ci kilometrliyində ağır yol qəza hadisəsi baş verib. «Mersedes» markalı «10xu 285» dövlət nömrə nişanlı avtomaşın yüksək sürətlə hərəkət zamanı yoldan çıxaraq aşıb. Nəticədə Ordubad rayon sakini 1964-cü il təvəllüdlü Bağırov Nəmid həlak olub. Həmin rayonun Vənənd kənd sakini İsmayılova Samirə isə ağır yaralanıb. Maşını idarə edən Yusif Mehdiyev qəzadan heç bir xəsarət almadan qurtarıb. Yol polisinin məlumatına görə qəzaya səbəb yüksək sürət olub. Sürücünün salamat qalması onun təhlükəsizlik kəmərini taxması olub.


XS
SM
MD
LG