Keçid linkləri

2025, 17 İyun, çərşənbə axşamı, Bakı vaxtı 01:32

Almaniyada ictimai yerlərdə siqaret çəkilməsi qadağan ediləcək


Avropa Birliyinin bir çox ölkələrində ictimai yerlərdə siqaret çəkmək qadağan edilib
Avropa Birliyinin bir çox ölkələrində ictimai yerlərdə siqaret çəkmək qadağan edilib

Almaniyada restoran və barlarda siqaret çəkilməsi qadağan ediləcək. Almaniyanın 16 federal ərazisi bu haqda razılığa gəlib. Razılaşmaya görə, yalnız bəzi restoran və barlarda, xüsusi ayrılmış və havası yaxşı təmizlənən yerlərdə siqaret çəkməyə icazə veriləcək.


Uzun sürən danışıqlardan sonra axır ki, Almaniyanın federal əraziləri belə bir razılaşmaya gələ biliblər. Ötən il Almaniya hökumətinin bu cəhdi - yerlərdəki hakimiyyət orqanlarının müqaviməti üzündən baş tutmamışdı.


Avropa Birliyinin bəzi ölkələrində - İtaliya, Fransa və İspaniya bəzi ictimai yerlərdə - iş yerləri və qapalı binalarda siqaret çəkilməsi artıq qadağan edilib.


XS
SM
MD
LG