Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:49

«Görüşdən qeyri-adi nəticə gözləməyə əsas yoxdur»


Novruz Məmmədov: «İranla bağlı problem danışıqlar mövzusu ola bilər»
Novruz Məmmədov: «İranla bağlı problem danışıqlar mövzusu ola bilər»

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun ABŞ dövlət katibi Kandoliza Raysla görüşündə ikitərəfli əməkdaşlıq məsələləri, o cümlədən siyasi-iqtisadi, təhlükəsizlik və hərbi əməkdaşlıq məsələləri müzakirə olunacaq. Bunu «Azadlıq» radiosuna açıqlamasında prezidentin İcra Aparatının Xarici Əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.


«Ola bilər beynəlxalq və regional məsələlər ətrafında, eləcə də beynəlxalq terrorizmə qarşı mübarizə, Azərbaycanın Avroatlantik qurumlara inteqrasiyası yönündə fikir mübadiləsi aparıla bilər. Eyni zamanda, Azərbaycanda gedən proseslər, islahatlarla bağlı müzakirələr də istisna edilmir».


Novruz Məmmədov Məmmədyarov-Rays görüşündə İran məsələsinin də müzakirə mövzusu olacağını istisna etməsə də, bununla bağlı Bakının mövqeyinin dəyişməz qaldığını da bildirib: «Azərbaycan müstəqil dövlətdir. Müstəqil xarici siyasət kursu aparır. Azərbaycan İranla bağlı mövqeyini dəfələrlə bəyan edib, hətta prezident səviyyəsində belə mövqeyini açıqlayıb. İranla bağlı problem danışıqlar mövzusu ola bilər, sadəcə, qeyri-adi nəticə gözləməyə əsas yoxdur».


Elmar Məmmədyarov ABŞ dövlət katibi Kandoliza Rasyla martın 22-də axşam saatlarında görüşməlidir.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG