Keçid linkləri

2025, 13 May, çərşənbə axşamı, Bakı vaxtı 23:18

Əli İnsanov prezidentdən şikayətlənir


İnsanov 2005-ci ilin oktyabrında həbs edilib
İnsanov 2005-ci ilin oktyabrında həbs edilib

«Biz İlham Əliyevi hakimiyyətə gətirdik, ancaq o, hakimiyyətə gələn kimi, mənə kameranı göstərdi». Sabiq Səhiyyə naziri Əli İnsanov martın 19-da keçirilən məhkəmə prosesində belə deyib.


Sabiq Səhiyyə naziri Əli İnsanov 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhd və kütləvi ixtişaşda təqsirləndirilərək həbs edilib. Bu ilin fevralın 15-də o və Səhiyyə Nazirliyinin digər on əməkdaşı barədə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə proses başlanıb. Onlar dövlət əmlakını mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilirlər.


İnsanovun dövlət çevrilişinə cəhd ittihamı isə digər icraatda birləşdirilib və hazırda istintaqı davam edir.


XS
SM
MD
LG