Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 07:55

«20 yanvar» dairəsində yol qovşaqlarının açılışı olub


İlin sonuna qədər 5 yol ötürücüsü və 11 keçidi istifadəyə verilməsi gözlənilir
İlin sonuna qədər 5 yol ötürücüsü və 11 keçidi istifadəyə verilməsi gözlənilir

«Azərbaycanda bundan sonra da xeyli tikintilər aparılacaq»-bunu prezident İlham Əliyev yeni yol qovşağının açılışında fəhlələrlə söhbətində deyib. Martın 19-da Tbilisi prospekti ilə Həsən bəy Zərdabi küçəsinin kəsişməsində, «20 yanvar» dairəsində inşa edilmiş müxtəlif səviyyəli yol qovşaqlarının açılış mərasimi olub.


«Azərkörpü» tərəfindən inşa edilən yol ötürücünün uzunluğu 1,12 km-dir. Tbilisi prospektində inşa edilən tunelin uzunluğu isə 332 m, hündürlüyü 5,5 m-dir. Ümumilikdə, körpü və tunelin tikintisinə 31,5 mln. manat xərclənib.


Bundan əvvəl Ə. Salamzadə küçəsi ilə Tbilisi prospektinin və Z. Bünyadov prospekti ilə Atatürk prospektinin kəsişdiyi yerdə inşa olunan yol ötürücüləri istifadəyə verilib. Nəqliyyat Nazirliyindən bildirirlər ki, ilin sonuna qədər daha 5 yol ötürücüsü və 11 keçidi istifadəyə verilməsi gözlənilir.


Prezident həmçinin Daxili İşlər Nazirliyinin Mərkəzi Respublika Hospitalının yeni binasının təməlqoyma mərasimində iştirak edib.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG