Keçid linkləri

2025, 22 İyun, bazar, Bakı vaxtı 18:54

«Barmek» əməkdaşlarının məhkəməsi başladı


Martın 19-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə «Barmek-Azərbaycan Elektrik Şəbəkəsi» Səhmdar Cəmiyyətinin 7 nəfər məsul şəxsinin işiylə bağlı məhkəmə prosesi başlanıb. «Barmek»in əməkdaşları Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda maliyyə vəsaitinin dağıdılması, vəzifə saxtakarlığı maddələri ilə ittiham olunurlar. Barmek şirkətinin prezidenti Hüseyn Arabula da mənimsəmə və vəzifə səlahiyyətini aşma ilə ittiham irəli sürülüb və ondan Azərbaycanı tərk etməmək barədə iltizam alınıb.


Azərbaycan hökuməti «Barmek-Azərbaycan Elektrik Şəbəkəsi» Məhdud Məsuliyyətli Cəmiyyətlə müqaviləni ötən ilin iyul ayında dayandırmışdı. Şirkət Azərbaycanda 2002-ci ilin yanvarın 1-də fəaliyyətə başlamışdı.


XS
SM
MD
LG