Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:05

Moskva Kosovo üzrə yeni BMT nümayəndəsinin təyin olunmasını istəyir


Rusiya Təhlükəsizlik Şurasının katibi İqor İvanov
Rusiya Təhlükəsizlik Şurasının katibi İqor İvanov

Rusiya hesab edir ki, Kosovonun statusuna dair danışıqları dayandırmaq tezdir və BMT Martti Ahtisaarinin yerinə Kosovo üzrə yeni nümayəndə təyin etməlidir.


Belə bəyanatla martın 18-də Rusiya Təhlükəsizlik Şurasının katibi İqor İvanov çıxış edib. O deyib ki, Kosovo məsələsinin BMT Təhlükəsizlik Şurasında tələsik müzakirəsinə ehtiyac yoxdur.


Serbiya nümayəndələri və Kosovonun alban rəhbərliyi arasında martın 10-da Vyanada keçirilən danışıqlar nəticəsiz başa çatıb.


BMT Baş katibinin xüsusi nümayəndəsi Martti Ahtisaari deyib ki, «tərəflər bir-birinə tam zidd mövqelərində qalıblar.


BMT nümayəndəsinin fikrincə, «Vyanada danışıqlar imkanı tükənib». «Mən öz planımı BMT Təhlükəsizlik Şurasının müzakirəsinə verirəm» - deyə o, bildirib.


Sənəd Təhlükəsizlik Şurasına martın sonunda təqdim olunacaq.


Təhlükəsizlik Şurasında veto hüququ olan Rusiya Kosovonu Serbiyadan ayırmağın əleyhinədir. Ahtisaarinin təqdim etdiyi plan isə faktiki olaraq Kosovonun müstəqilliyini nəzərdə tutur.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG