Keçid linkləri

2025, 19 Aprel, şənbə, Bakı vaxtı 09:02

Müsavat kommunal borclara amnistiya tələb edir


Aksiyanın sonunda təşkilatçılar tərəfdarlarını Milli Parka gəzintiyə dəvət etdi
Aksiyanın sonunda təşkilatçılar tərəfdarlarını Milli Parka gəzintiyə dəvət etdi
Müsavat Partiyası əhalinin kommunal xidmətlər, işıq və qaza görə indiyə qədərki borcunun silinməsini tələb edir.


Partiyanın başqanı İsa Qəmbər martın 18-də Azərbaycanda qiymət artımına etiraz olaraq keçirdikləri mitinqdə bu tələbi səsləndirdi. Bakının mərkəzindən bir qədər aralıda - «Ukrayna» meydanında keçirilən mitinqdə o təklif edib ki, əhalinin kommunal xidmətlərə, işıq və qaza görə indiyə qədərki borcları silinsin və bundan sonra yeni, orta qiymət təyin olunsun.


Metronun «Həzi Aslanov» stansiyasından yürüşə başlayan aksiya daha sonra «Ukrayna» meydanında mitinqlə davam etdirildi. Müsavat Partiyasının sayca üçüncü mitinqində Klassik Xalq Cəbhəsi Partiyasının üzvləri, həmçinin sabiq Səhiyyə naziri Əli İnsanovun Hüquqlarını Müdafiə Komitəsinin 20-yə yaxın üzvü də iştirak edirdi.


Aksiyanın sonunda təşkilatçılar tərəfdarlarını Milli Parka gəzintiyə dəvət etdi.


İsa Qəmbər bildirir ki, onun partiyası sosial tələblərlə etiraz aksiyalarını davam etdirəcək və 2007-ci ildə hakimiyyətə qarşı siyasi deyil, yalnız sosial tələblərlə çıxış edəcək.


Müsavat partiyası eyni tələblərlə yanvarın 28-ifevralın 18-də də həmin yerdə yürüş-mitinq keçirmişdi.


Tarif Şurasının qərarı ilə bu il yanvarın 8-dən ölkədə enerjidaşıyıcıların və bir sıra xidmətlərin qiyməti qaldırılıb. Bunun ardınca hökumət pensiyalar və minimum əməkhaqqını bir qədər qaldırsa da müxalifət qiymətlərin artırılmasına heç bir iqtisadi əsas olmadığını iddia edir.


XS
SM
MD
LG