Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:00

ABŞ və Avropa Birliyi fələstinliləri beynəlxalq prinsiplərə riayət etməyə çağırıb


Birləşmiş Ştatlarla Avropa Birliyi yeni Fələstin hökumətini Yaxın Şərq münaqişəsində beynəlxalq prinsiplərə əməl etməyə çağırıblar.


Söhbət İsraili tanımaqdan, zorakılığa son qoymaqdan və bundan əvvəl İsraillə əldə olunmuş razılaşmaları qəbul etməkdən gedir.


Fələstin parlamenti martın 17-də HƏMAS və FATH qruplaşmalarının yaratdığı koalision hökuməti təsdiq edib.


Lakin Birləşmiş Ştatlar Fələstinin Baş naziri İsmayıl Haniyənin parlamentdə ilk çıxışından təəssüf və narahatlıq keçirdiyini bildirib.


İsmayıl Haniyə deyib ki, İsrailin işğalına qarşı müqavimət fələstinlilərin qanuni haqqıdır.


İsrail artıq yeni Fələstin hökuməti ilə əməkdaşlıq etməyəcəyini bildirib.


Avropa Birliyi isə bəyan edib ki, əgər yeni Fələstin hökuməti beynəlxalq vasitəçilərin prinsiplərini qəbul etsə, onunla əməkdaşlığa hazırdır.


XS
SM
MD
LG