Keçid linkləri

2025, 20 May, çərşənbə axşamı, Bakı vaxtı 13:24

Sergey Lavrov: «ABŞ-ın dünyada rolu azalır, Rusiyanınkı isə artır»


«Soyuq müharibənin qayıtması» haqqında danışmağa əsas yoxdur
«Soyuq müharibənin qayıtması» haqqında danışmağa əsas yoxdur

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov hesab edir ki, dünya siyasətinə ABŞ-ın təsiri azalır, Rusiyanınkı isə artır.


Martın 17-də Xarici və müdafiə siyasəti üzrə Şuranın iclasında çıxış edən Lavrov Vaşinqtonun «birtərəfli» siyasətini tənqid edib. Xüsusilə nazirin fikrincə, Avropada ABŞ-ın Hava Hücumundan Müdafiə Sisteminin yerləşdirilməsi Rusiya ilə NATO-nun münasibətlərinə ziyan vura bilər.


Eyni zamanda Sergey Lavrov bəyan edib ki, «soyuq müharibənin qayıtması» haqqında danışmağa əsas yoxdur. O, terrorçuluq və nüvə silahının yayılması ilə mübarizədə Rusiya-Amerika əməkdaşlığının vacib olduğunu deyib.


XS
SM
MD
LG