Gələn aydan «quş qripi» ilə bağlı monitorinq ayda iki yox, bir dəfə keçiriləcək. Çünki ötən ilin avqustundan aparılan monitorinqlərdə «quş qripi» virusu aşkarlanmayıb.
Bunu martın 17-də Dövlət Baytarlıq Xidmətinin rəisi İsmayıl Həsənov deyib.
Çöl quşlarının ovuna qadağa isə hələ qaldırılmayıb. Çünki təhlükə hələ tam sovuşmayıb.
Ötən ilin əvvəlində Azərbaycanda «quş qripi»nə 8 adam yoluxub, onlardan beşi ölüb.