9 ay Moskvanın «Şeremetyevo» hava limanında yaşayan bir iranlı qadını və onun iki uşağı axır ki, Kanadaya gedə bilib.
Rusiyanın hakim dairələri onların ölkəyə girməsinə icazə vermirdi.
Martın 16-da Zəhra Kamalfar Moskvadan Vankuverə uçaraq Kanadada mühacirətdə yaşayan qardaşına qovuşa bilib.
Kamalfar 2004-cü ildə Tehranda keçirilmiş hökumət əleyhinə aksiyadan sonra həyat yoldaşı ilə birlikdə həbs olunmuşdu.
Bir qədər sonra o, İrandan qaça bilsə də, ərinin taleyi hələ də bəlli deyil.