Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 03:57

Parlament hökumətin hesabatını qəbul etdi


Sərt tənqidlərə baxmayaraq MM hökumətin hesabatını səs çoxluğu ilə qəbul etdi
Sərt tənqidlərə baxmayaraq MM hökumətin hesabatını səs çoxluğu ilə qəbul etdi

Martın 16-da parlament hökumətin hesabatını qəbul etdi. Amma asanlıqla yox. Müzakirələr zamanı hesabatı rədd edən bitərəf deputat Hüseyin Abdullayevlə hakimiyyətyönlü Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı arasında əlbəyaxa dava düşdü.


Müsavat deputat qrupundan olan millət vəkilləri hökumətin işini yarıtmaz hesab edib onun istefasını tələb etdilər. Amma parlamentdəki hakimiyyət çoxluğu bu cür tələbləri rədd etdi. Sərt tənqidlərə baxmayaraq Milli Məclis hökumətin 2006-cı ilə dair hesabatını səs çoxluğu ilə qəbul etdi. Baş nazirin təqdim etdiyi sənəddə hökumətin son bir ildə ölkədə əksər sahələrdə davamlı inkişafa nail olduğu bildirildi.


XS
SM
MD
LG