Azərbaycan gələcəkdə İrlandiya, Litva, Polşa, Ukrayna diasporları ilə də əməkdaşlıq etməyi planlaşdırır. Bunu Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş Üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib. O bildirib ki, «Dünya Azərbaycanlıları və Türk diaspor təşkilatlarının rəhbərlərinin 1-ci forumunun» davamı kimi indi martın sonlarında, İsraildə də Azərbaycan yəhudilərinin qurultayının keçirilməsi planlaşdırılır.
Nazim İbrahimovun sözlərinə görə, aprel ayının sonunda «Azərbaycan həqiqətlərindən yazan» ziyalılar bir araya gələcək. Dünyanın 400-ə yaxın türk dilli jurnalistinin, aliminin qatılacağı toplantının Türkiyənin Antalya şəhərində keçirilməsi nəzərdə tutulur.